İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov Voytex Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar.
Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefanson (İslandiya), Vasif Durarbəyli David Qavrilesku (Rumıniya), Riad Səmədov Aleksandr Domalçuk (Ukrayna) ilə heç-heçə edib. Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Diter Nisipyanu (Almaniya) ilə qarşılaşmada uduzub.
Qeyd edək ki, iki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdir.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.