Avropa Konfrans Liqasının rəsmi sosial şəbəkə hesabı növbəti dəfə “Qarabağ” klubu haqqında paylaşım edib.
Oxu.Az xəbər verir ki, postda Ağdam təmsilçisinin son 25 görüşdə bütün turnirlər daxil olmaqla (Avropa Konfrans Liqası, Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku) yalnız bir dəfə məğlub olduğu xatırladılıb.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə “Səbail”lə görüşdə alıb. Komanda hazırda sonuncu pillədə olan “Səbail”ə oktyabrın 25-də 1:3 hesabı ilə uduzub.
View this post on Instagram
"Ağdam" teqi üzrə xəbərlər
- Aqil Abbas: "Ağdamda mənə niyə ev düşmür?"
- Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetir - Video
- 75 yaşlı Ağdam sakini: "Dünyanın heç bir ölkəsində köçkünlərə belə qayğı göstərilmir"
- Ağdama qayıdan keçmiş məcburi köçkün: "Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar"
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
Digər xəbərlər