Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir, ilk oyunların hamısı eyni gündə gerçəkləşəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İspaniyada “Sevilya”nın qonağı olacaq. “Dinamo”ya qış fasiləsində keçən Emreli də Sevilyaya aparılıb və onun yeni komandada debütünün bu matça təsadüf edəcəyi dəqiq bilinmir.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşəcək. Çempionlar Liqasında mübarizəni dayandırmış “Barselona” “Napoli”nin müqavimətini qırmağa çalışacaq.
17 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsi
21:55 “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
21:55 “Zenit” (Rusiya) – “Betis” (İspaniya)
21:55 “Şerif” (Moldova) – “Braqa” (Portuqaliya)
21:55 “Borusiya” (Dortmund, Almaniya) – “Reyncers” (Şotlandiya)
00:00 “Sevilya” (İspaniya) – “Dinamo” (Xorvatiya)
00:00 “Atalanta” (İtaliya) – “Olimpiakos” (Yunanıstan)
00:00 “Leypsiq” (Almaniya) – “Real Sosyedad” (İspaniya)
00:00 “Portu” (Portuqaliya) – “Latsio” (İtaliya)
Qeyd edək ki, cavab qarşılaşmaları 24 fevralda baş tutacaq.