Avropada bir-birindən maraqlı oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, İtaliya A Seriyasında lider “Yuventus” Turində “Milan”ı qəbul edib. Qonaqlar hesabda öndə olsa da, fasilədən sonra meydan sahibləri iki qol vuraraq geri dönüş edə bilib – 2:1. “Napoli” bu tur “Cenoa” ilə görüşdə uduzsa, “Yuventus”un növbəti çempionluğu rəsmiləşəcək.
Almaniya Bundesliqasında Münhendə “Bayern” lider olan Dortmund “Borussiya”sını qəbul edib. Prinsipial qarşılaşmada meydan sahibləri əsas rəqibini 5:0 hesabı ilə darmadağın edib və bununla da Niko Kovaçın yetirmələri yenidən liderliyə yüksəlib.
Səbuhi MUSAYEV