Gənclər və idman naziri Azad Rəhimovun bildirdiyinə görə, Avropa Oyunları – 2015-in obyektlərində inşaat işləri başa çatıb.
“Kiçik işlər qalıb, onların arasında İT üzrə işləri qeyd etmək istərdim. Demək olar ki, bu və ya digər səviyyədə işlər iyun ayının 11-nə qədər davam edəcək. Yəni düşünməyin ki, əgər işlər başa çatıbsa, biz indi bütün obyektlərə kilid vurub birdə iyunda açacağıq. Oyunlara qalan bir neçə ay müddətində obyektləri mükəmməl vəziyyətə çatdıracağıq” - Oxu.Az nazirin sözlərindən sitat gətirir.
F.H.
www.oxu.az