"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu, 21-ci turdan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.
"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.
Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.
29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.
Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.
Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olmuşdu.
Bu gün Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçı keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Meydan sahibləri 28 turdan sonra 44 xal toplayaraq dördüncü yerdə qərarlaşıblar. Ağdam təmsilçisi isə 59 xalla ikinci sıranı tutur.
Xatırladaq ki, bir müddət əvvəl Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" səfərdə "Neftçi"yə 1:5 hesabı ilə qalib gəlmişdi.
30 aprel
20:00, "Neftçi" - "Qarabağ"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Palms Sports Arena".