"Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, belə görüşlərdən 21-i "Neftçi"nin, 22-si "Qarabağ"ın meydanında keçirilib. Digər iki nəticə isə neytral meydanda qeydə alınıb.
Komandalar arasında baş tutan ən məhsuldar oyunlarda 6 qol vurulub - 2020-ci il noyabrın 8-də baş tutan oyunda ağdamlılar 6 cavabsız topla, 2023-cü il mayın 2-də isə 4:2 hesabı ilə qələbələrə seviniblər.
"Qarabağ"ın ev oyunlarında ən yüksək məhsuldarlıq üç görüşdə gerçəkləşib - 2015-ci ildə 3:2, 2022-ci ildə 4:1, 2024-cü ildə isə 5:0 hesablı qələbələr qeydə alınıb.
Azərbaycan derbisində qolsuz oyunların isə 10-u "Neftçi"nin, 5-i "Qarabağ"ın meydanında keçirilib.
Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək növbəti "Qarabağ" - "Neftçi" derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.