Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan millisi CAR yığmasına qalib gəldi
Ölkəmizdə kiber idmanın inkişaf etməsi istiqamətində həm Azərbaycan Kiber İdman Federasiyası, həm də “Gaming League Azerbaijan”ın birgə lahiyələri davam etdirilir.
Oxu.Az xəbər verir ki, növbəti addım gənclər tərəfindən böyük maraq göstərilən oyunlardan biri olan “Dota 2” istiqamətində olub.
1998-ci ildə əsası qoyulan və 2005-ci ildən ümumdünya kiber idman oyunlarına qatılan “Mind Sports South Africa” təşkilatı ilə birgə ölkələrin milli komandaları arasında hazırlıq matçı təşkil olunub.
Cənubi Afrika Respublikasının milli komandası üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanan “Dota 2” yığmamız bununla da dünya arenasına çıxmaq üçün tam hazır olduğunu sübut edib.
Yığmamızın kapitanı Azər Ağazadənin başçılığı ilə rəqibi ard-arda iki oyunda məğlub edən komandamız görüşlərin daxili hesabında da üstünlüyünü göstərib - 41:17.
"Cənubi Afrika" teqi üzrə xəbərlər
- CAR-da pinqvinlər üçün xilas planı hazırlandı
- Reaktiv təyyarə aviaşouda partladı
- Antarktidada qalmaqal: Ucqar tədqiqat bazasında alim öz həmkarlarına hücum etdi
- Dünyanın ilk homoseksual imamı küçənin ortasında güllələndi - ANBAAN GÖRÜNTÜLƏR
- Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı