FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb.
Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 380 xalla 89-cu pillədə qərarlaşıb.
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Azərbaycan yığmasının martın 26-da Bakıda qarşılaşacağı Almaniya 1443 xalla 3-cü yerdə qalıb. Xalını 786-ya çatdıran Şimali İrlandiya əvvəlki kimi 35-cidir. Çexiya 684 xalla 4 pillə irəliləyərək 42-ci sıraya yüksəlib. San-Marino 17 xalla 1 pillə geriləyərək, 203-ci yerə düşüb. 428 xalı olan Norveç isə yenə də 81-cidir.
Siyahıda Argentina 1644 xalla 1-ci, Braziliya 1534 xalla 2-ci pillədə qalıb. Azərbaycan millisi ilə bu gün yoldaşlıq görüşü keçirəcək Qətər 415 xalla 1 pillə irəliləyərək 84-cü sıraya yüksəlib. Türkiyə isə 851 xalla 26-cıdır.
“Ay-ulduzlular” 2 pillə geriləyib.
Qeyd edək ki, növbəti reytinq siyahısı aprelin 6-da açıqlanacaq.
E.Ə.
www.oxu.az