Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası (U-19) hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
AFFA-nın saytı xəbər verir ki, I divizionda çıxış edəcək “Keşlə-2” komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
U-19-un heyətində Fərid Yusifli fəqlənib.
Qeyd edək ki, U-19 daha əvvəl “Neftçi-2” ilə eyni nəticəni göstərmişdi.