Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi yığma Bakıda Macarıstan millisi ilə qarşılaşıb.
"Liv Bona Dea Arena" stadionunda baş tutan oyunda Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın yeganə qolunu Renat Dadaşov 7-ci dəqiqədə vurub. Qonaqların heyətində isə Barnabaş Varqa (5-ci dəqiqə) və Dominik Soboslai (33-cü dəqiqə) fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşündə ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüşdə Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olur.
Millimizin heyətində 7-ci dəqiqədə Renat Dadaşov fərqlənib. Macarların qollarını 5-ci dəqiqədə Barnabas Varqa, 33-cü dəqiqədə Dominik Soboslay vurublar.
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşündü birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüşdə Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olur.
Millimizin heyətində 7-ci dəqiqədə Renat Dadaşov fərqlənib. Macarların qollarını 5-ci dəqiqədə Barnabas Varqa, 33-cü dəqiqədə Dominik Soboslay vurublar.
Futbol üzrə Azərbaycan milli komandasının Macarıstan millisi ilə yoldaşlıq görüşü start götürüb.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüşü Belarusdan olan Viktor Şimusik idarə edir:
Milli komandamız bu gün yoldaşlıq görüşündə Macarıstan seçməsi ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, millimiz daha öncə yoldaşlıq görüşündə Latviya seçməsinin qonağı olub, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
10 iyun
Yoldaşlıq görüşü
Saat 20:00, Azərbaycan - Macarıstan.