Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub etdi
"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.
Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqləniblər.
"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olub (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.
Bu gün Misli Premyer Liqasının XXII turuna yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edəcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Şamaxı" klubu "Sumqayıt"ı (1:0), "Sabah" klubu "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçı qolsuz bərabərliklə başa çatıb.
11 fevral
Misli Premyer Liqası
XXII Tur
Saat 19:00, "Qarabağ" - "Səbail".
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Portuqaliyalı futbol ulduzu Luiş Nani Bakıya gəlib
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib