Sentyabrın 20-də Azərbaycan Qolf Federasiyasında “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun “Summer Camp” tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirin rəsmi hissəsi çərçivəsində tədbirə toplaşan qonaqlar qarşısında klubun təsisçiləri Yana Krimpe, Səbinə Məmmədli, Amerika Ticarət Palatasının (AmCham) Azərbaycanda icraçı direktoru Natavan Məmmədova, “M-Group”un təsisçisi Murad Dadaşov, eləcə də Azərbaycan Diplomatiya Akademiyası nəzdində İnformasiya texnologiyaları və mühəndislik məktəbinin dekan müavini Fuad Hacıyev və Smart Resources Group şirkətinin təsisçisi və rəhbəri Arzu Cəmilova məruzə ilə çıxış ediblər.
Müzakirələrin əsas mövzusu, Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsi və onların fikrincə, bu sektorda qadınların sayının az olması olub.
Bundan başqa, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinliklər ilə əlaqədar məsələlər müzakirə edilib.
Tədbir açıq havada keçirilib, qonaqlara gözəl menyu təklif edilib. Tədbirdə 100-dən çox qonaq iştirak edib, onlar üçün Azərbaycan Qolf Federasiyası tərəfindən müxtəlif müsabiqələr, yarışlar, uşaqlar və böyüklər üçün fərdi əyləncəli proqram hazırlanıb. Əyləncəli proqram çərçivəsində Zumba dərsləri də keçirilib.
Tədbirin əsas hissəsi başa çatdıqdan sonra məşqçi heyəti tərəfindən qolf üzrə ustad-sinif keçirilib. Tədbirin sonunda qonaqlar mükafatların təqdim edilməsi mərasimində iştirak ediblər.
Şahnaz Məmmədova
www.oxu.az