Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Qran-prisi: "Formula-2"də "Kampos" komandasının iki pilotu eyni yerdə qəza törədib
Bakıda keçirilən Azərbaycan Qran-prisində "Formula-2" üzrə sıralanma turunda "Kampos" komandasının iki pilotu eyni yerdə qəza törədib.
Oxu.Az xəbər verir ki, "Kampos" komandasının pilotları uzun düzlükdə ardıcıl getdikləri üçün birinci döngədə əvvəlcə Xose Maria Marti, ardınca isə Ayzek Həcər baryerlərə çırpılıblar.
Çempionata başçılıq edən əlcəzairəsilli fransalı Həcər qəzadan sonra komanda yoldaşını ittiham etməyə başlayıb. Sessiya isə qırmızı bayraqlarla dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
"Azərbaycan Qran-prisi" teqi üzrə xəbərlər
- "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sessiyalarının başlama saatları bəlli olub
- Əfsanəvi avtodrom "Formula-1"lə müqaviləsini uzatdı
- "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub
- "McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib
- "Formula-1" Azərbaycan Qran-prisi Lyuis Hamillton üçün əlamətdar olub
Ən çox oxunanlar