Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir
Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.
"Report"un məlumatına görə, T.Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.
Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.
Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, tələbəsi ilə arasında yaşanan insident səbəbindən saxlanılıb.
Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Aqil Vəlili