Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Fənərbağça" və "Beşiktaş"ın sabiq oyunçusu qəzada həlak oldu
Türkiyənin ikinci liqasında mübarizə aparan "Çayirova Bələdiyyəsi" komandasının 34 yaşlı peşəkar basketbolçusu İlkan Karamanı sərxoş sürücünün idarə etdiyi avtomobil vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb.
Məlumata görə, Karaman səkidə dayanıb, yanacaqdoldurma məntəqəsində olan dostunu gözləyirdi. İdarəetməni itirən sərxoş sürücünün idarə etdiyi avtomobil səkiyə çıxaraq Karamanı vurub. İlkan hadisə yerində dünyasını dəyişib.
İlkan karyerası ərzində Türkiyənin "Tofaş", "Karşıyaka", "Fənərbağça", "Beşiktaş" kimi məşhur komandalarında çıxış edib.
"Basketbol" teqi üzrə xəbərlər
- Dünya basketbolunun ən titullu oyunçularından biri vəfat edib
- 39 yaşlı Tatyana Deniskina milli komandadakı karyerasını başa vurub
- Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu
- Lebron Ceyms NBA-da tarixi nailiyyətə imza atdı
- Fiziki məhdudiyyətli türkiyəli idmançı: "Basketbol mənə maneələri aşmağa kömək olur"
Ən çox oxunanlar