Futzal üzrə dünya yığmalarının reytinq-siyahısı açıqlanıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması 10-cu yeri tutub.
Alesio da Silvanın başçılığı altında yığmamız 1391 xal toplayıb. Liderlik 1928 xal ilə Braziliyaya məxsusdur. İlk üçlüyə həmçinin İspaniya (1915 xal) və İtaliya (1771 xal) daxildir.