Azərbaycanlı qaydasız döyüş idmançısı Əhəd Məmmədov aprelin 16-20-də Ukraynanın Lyvov şəhərində MMA üzrə keçirilən yarışda dünya kubokuna sahib olub.
Oxu.Az xəbər verir ki, Məmmədov ilk döyüşdə Çeçenstanı təmsil edən Əziz Məcidovu məğlub edib.
Yarımfinalda döyüşçümüz türk rəqibi ilə qarşılaşacaqdır, lakin türk idman ustası döyüşdən imtina edib.
Finalda Azərbaycanl qaydasız döyüş ustası ukraynalı Dimitri Aleksandırla görüşüb. Ə.Məmmədov rəqibini məğlub edərək, MMA yarışında dünya kubokuna sahib olub
Qeyd edək ki, Əhəd Məmmədov Pankration üzrə Dünya Kubokunun çempionu, Döyüş Sambosu üzrə Dünya Kubokunun çempionu, ikiqat Pankration üzrə Azərbaycan çempionudur.
E.Ə.