Azərbaycanın MMA döyüşçüsü, hazırda Rusiyanın “Fight Nights Global” turnirinin yüngül çəki dərəcəsində çempionu Nəriman Abbasov bir məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, N.Abbasov 2018-ci ildə Tofiq Musayevin Bakıda məğlub etdiyi rusiyalı Maarif Pirayevin onunla döyüşmək istəməsinə cavab verib:
“İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir. Artıq qəfəsdə yox, yalnız onun kənarında özünü göstərə bilənlər başqa nə edə bilər ki?! MMA kimi məşhur idman növündə təvazökar döyüşçü olmağı çoxu bacarmır”.
View this post on InstagramQeyd edək ki, “Piranya” ləqəbli M.Pirayev çempionluq kəməri üçün məhz N.Abbasovla döyüşmək istəyir. Təşkilatçılar isə sentyabrın 25-də Nərimana rəqib kimi digər rusiyalı Mixail Qoqitidzeni təyin edib.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Azərbaycanın MDB-də yeni rolu: "Bakı gündəliyi müəyyənləşdirən aktora çevrilib"
- Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
- Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video
- Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Video
- Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - Video
Digər xəbərlər