Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadənin 2017-ci ildə Polşanın Vrotslav şəhərindəki X Ümumdünya Oyunlarında geyindiyi şortlar hərracda satılıb.
Şortları kikboksinq üzrə Ukrayna millisinin üzvü, idman ustası Aleksey Sergeyeviç 3 min qrivnaya (təxminən 140 AZN) alıb.
Bu gün isə Sənanzadə bu il gümüş medal qazandığı, ABŞ-ın Birmingem şəhərindəki XI Ümumdünya Oyunlarında təşkilatçıların təqdim etdiyi formanı hərraca çıxarıb. Həmin formanın arxa tərəfində “I stand with Ukraine” (“Mən Ukraynanın yanındayam”) sözü yazılıb. İdmançı şortlar kimi, formaya da yenə 500 qrivna (23 manat) ilkin qiymət qoyub. Hərrac avqustun 3-dək davam edəcək.
View this post on InstagramQeyd edək ki, Orfan Sənanzadə Ümumdünya Oyunlarında qızıl medal qazanıb. Satışdan əldə olunan pul Ukrayna Silahlı Qüvvələrində xidmət aparan kikboksçular və onların məşqçilərinin ehtiyaclarına yönəldiləcək.
"Polşa" teqi üzrə xəbərlər
- Trampın 80 illik yubileyinə verilən qeyri-adi hədiyyənin qiyməti məlum oldu
- Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - Foto
- Toral Bayramov Avropa klubunun hədəfində: Danışıqlar aparılır
- Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
- Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı
Digər xəbərlər