Bakıda ilk Avropa Oyunlarının geridə qalmış 16 gününün yekunlarına görə, qeyri-rəsmi komanda hesabında ikinci yeri təmin edib.
Oxu.Az xəbər verir ki, yığmamızın üzvləri bu gün 3 qızıl və 1 gümüş medal əldə edib. Bununla, millimizin aktivindəki medalların sayı 56-ya çatıb və yarışın sonuna 1 gün qalmış medal sıralamasındakı izləyiciləri üçün əlçatmaz olub.
3-cü olan britaniyalılar 18 qızıl, 10 gümüş və 19 bürünc, 4-cü pillədə qərarlaşan almaniyalılarda isə bu rəqəmlər 15, 16 və 33-dür. 64 medal qazanan sonuncular ümumi rəqəmdə 2-cidi. Rusiyadan geri qalan Almaniya millimizi qabaqlayır. İlk “altılıq”da İtaliya və Belarus yığmaları da yer alıb.
Avropa Oyunlarının qalibi adını sona 3 gün qalmış təmin edən Rusiya yığması isə aktivindəki medalların sayını 161-ə çatdırıb. Qızıl medalının sayı (78) digər ölkələrin hər birinin mükafatlarının ümumi sayından çox olan şimal qonşularımız daha 40 gümüş və 43 bürüncə sahib olub.
