Bakı-2015 I Avropa Oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu gün yarışların son 9 medal dəstinin sahibi müəyyənləşib.
Bununla, 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb.
Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub. Millimizin aktivində 56 medal var.
İdmançılarımız 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci yeri tutub. Yığmamız yalnız Rusiyadan geri qalıb - 79 qızıl, 40 gümüş və 45 bürüncü olan rusiyalılar 164 medala sahib çıxıb.
İlk “üçlük”yə Böyük Britaniya yığması bağlayır. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pilləylə kifayətlənib.