UEFA Çempionlar Liqasında ikinci turun digər oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “Barselona” səfərdə “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib.
“Porto” isə öz meydanında “Qalatasaray”ı minimal hesabla məğlub edib.
Atletiko Madrid – Brügge 3:1
Borussiya Dortmund – Monako 3:0
PSV – İnter 1:2
Tottenhem – Barselona 2:4
Napoli – Liverpul 1:0
Porto – Qalatasaray 1:0
23.37
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, C qrupda Fransanın PSJ klubu Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə bitib.
D qrupunda isə Rusiyanın “Lokomotiv” klubu Moskvada Almaniyanın “Şalke” komandasına minimal hesabla uduzub.