"Azərbaycan minifutbol üzrə dünya çempionatının necə təşkil olunmasını bütün dünyaya göstərdi".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bəhreyn yığmasının futbolçusu Əli Xəlifə deyib.
O, yarışın təşkilatçılığı barədə xoş ifadələr işlədib:
"Buna görə Azərbaycana təşəkkür edirəm. Hər şey çox yaxşı və yüksək səviyyədədir".
O, A qrupunun II turunda Mavritaniyaya uduzduqları oyunla (0:2) bağlı fikirlərini bölüşüb:
"İlk növbədə təşkilatçılara təşəkkür etmək istəyirəm. Azarkeşlərimizdən isə üzr istəyirəm. Bugünkü matçda yaxşı çıxış edə bilmədik. Növbəti görüşlərdə səhvlərimizi düzəldəcəyimizi demişdik. Bu dəfə bəzi fərdi səhvlər oldu. Üçüncü matçda əlimizdən gələni edəcəyik. Qrupdan çıxmağı planlaşdırırıq. İndi evə getmək istəmirik".
Əli Xəlifə Azərbaycan millisi haqqında da danışıb:
"Azərbaycan yığması tanınmış komandadır. Onlar dünya çempionatının ən yaxşı beş kollektivi sırasında yer alırlar".
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına iyunun 1-də yekun vurulacaq.