Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Tovuz klubu 45 xalla altıncı, "Kəpəz" 35 xalla səkkizinci, eyni xala malik "Araz-Naxçıvan" doqquzuncu yerdədir.
Çempion "Qarabağ"ın isə 82 xalı var.
Azərbaycan Premyer Liqası
XXXVI tur
17:00. "Turan Tovuz" - " Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu.
"Araz-Naxçıvan" - "Qarabağ"
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azersun Arena".
Qeyd edək ki, "Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan "Qarabağ" üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- "Şamaxı" klubu məhsuldar hücumçusu ilə yolları ayırdı
- "Zirə" braziliyalı futbolçu ilə yollarını ayırıb
- Premyer Liqada qış "transfer pəncərəsi": Klublarımız heyətlərini necə gücləndiriblər?
- "Neftçi" - "Qarabağ" matçının hakimləri bəlli olub