Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu gün Avropanın bir sıra yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, köhnə qitənin top-5 liqası ilə yanaşı, Türkiyə Superliqasında da maraqlı oyunlar keçiriləcək.
İngiltərə Premyer Liqasında Çempionlar Liqasına düşməyə can atan klubların iştirak etdikləri "Everton" - "Mançester Siti" və "Aston Villa" - "Nyukasl Yunayted" matçları xüsusi maraq kəsb edəcək. İspaniya La Liqasında "Barselona" klubu "Selta Viqo"nu qəbul edəcək, "Atletiko Madrid" isə "Las Palmes"in qonağı olacaq.
Almaniya Bundesliqasında çempionluğa namizəd "Bavariya" klubu "Haydenyam"ın qonağı olacaq. İtaliya A Seriyasında autsayder "Monza" çempionluğa namizəd "Napoli"ni qəbul edəcək. Fransa 1 Liqasında ilk üçlükdə qərarlaşan komandalar - PSJ, "Monako" və "Marsel" müvafiq olaraq "Havr", "Strasburq" və "Monpelye"ni qəbul edəcək.
Türkiyə Superliqasında isə "Beşikdaş" klubu "Göztəpə"nin qonağı olacaq.
19 aprel
İngiltərə Premyer Liqası
Saat 18:00, "Brentford" - "Brayton";
Saat 18:00, "Kristal Pelas" - "Bornmut";
Saat 18:00, "Everton" - "Mançester Siti";
Saat 18:00, "Vest Hem Yunayted" - "Sauthempton";
Saat 20:30, "Aston Villa" - "Nyukasl Yunayted".
İspaniya La Liqası
Saat 16:00, "Rayo Valekano" - "Valensiya";
Saat 18:15, "Barselona" - "Selta Viqo";
Saat 20:30, "Malyorka" - "Leqanes";
Saat 23:00, "Las Palmes" - "Atletiko Madrid".
Almaniya Bundesliqası
Saat 17:30, "Haydenhaym" - "Bavariya";
Saat 17:30, "Frayburq" - "Hoffenhaym";
Saat 17:30, "Maynts" - "Volfsburq";
Saat 17:30, "RB Leypziq" - "Holştayn";
Saat 17:30, "Verder" - "Boxum";
Saat 20:30, "Union" - "Ştutqart".
İtaliya A Seriyası
Saat 17:00, "Leççe" - "Komo";
Saat 20:00, "Monza" - "Napoli";
Saat 22:45, "Roma" - "Verona".
Fransa 1 Liqası
Saat 19:00, PSJ - "Havr";
Saat 21:00, "Monako" - "Strasburq";
Saat 23:05, "Marsel" - "Monpelye".
Türkiyə Superliqası
Saat 14:30, "Kaspımpaşa" - "Sivasspor";
Saat 17:00, "Adana Dəmirspor" - "Trabzonspor";
Saat 20:00, "Göztəpə" - "Beşikdaş".
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Çelsi" - "Mançester Yunayted" matçının taleyini tək qol həll etdi
- İngiltərə Premyer Liqası: "Aston Villa" "Tottenhem"dən üstün oldu
- Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- "Arsenal" növbəti mövsüm üçün ev formasını təqdim edib
- İngiltərəli hakim cinsi təcavüzə görə doqquz il müddətinə azadlıqdan məhrum edildi