Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çelenc Kuboku: Azərbaycan təmsilçisi ilk oyunda məğlub olub
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb.
Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.
Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.
Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).
"Şuşa" teqi üzrə xəbərlər
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...
- Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb
- Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür
- Türkiyənin Azərbaycandakı səfiri: "Şimali Kipr beynəlxalq arenada layiqli yerini alacaq"
- Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır