"Çelsi" "Aston Villa"dan İngiltərə millisinin futbolçusu Morqan Rocersin transferini rəsmən elan edib.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, məlumatına görə, transferin məbləği 117 milyon funt-sterlinq (təxminən 137 milyon avro) təşkil edib.
Bu, ingiltərəli futbolçu üçün indiyədək ödənilmiş ən böyük məbləğdir. 23 yaşlı Rocers "Çelsi" ilə 7 illik müqavilə imzalayıb.
Qeyd edək ki, iyulun əvvəlində İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson ən bahalı ingilltərəli futbolçu olmuşdu, belə ki, "Mançester Siti" onu "Nottingem Forest"dən 116 milyon funt-sterlinqə (təxminən 136 milyon avro) almışdı. İndi isə bu rekord yenilənib.