Mart ayının 26-da Fransada Azərbaycan yığmasının iştirakı ilə gənclər arasında Avropa çempionatının Elit raundunun matçları start götürür.
Oxu.Az xəbər verir ki, bizim komandamızın 7-ci qrup üzrə rəqibləri İngiltərə, Danimarka və Fransa olacaq. İngiltərə yığması Elit raundu matçları üçün tərkibi açıqlayıb.
Bura eyni anda “Çelsi” və “Mançestr Siti” kimi məşhur klubların bir neçə oyunçusu daxil olub. “Çelsi” futbolçularından Azərbaycan yığmasına qarşı müdafiəçi Coşua Ayna, yarımmüdafiəçi Ruben Loftus-Çik və Çarli Kolkett, eləcə də forvard İzzi Braun oynaya bilər.
“ManSiti”ni yığmada qolkiper Anqus Qann, müdafiəçilər Eşli-Smit Braun və Kin Brayan, eləcə də hücumçu Brendon Barker təmsil edəcəklər.
Azərbaycan-İngiltərə matçı martın 28-də baş tutacaq. Martın 26-da isə yığmamız Fransa, 31-i isə Danimarka ilə oynayacaq.
F.Q.
www.oxu.az