Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər yenə 2 qarşılaşma izləyib.
“Arsenal” doğma publika önündə “Monako”nı sınağa çəkib. “Monako” klubu 38-ci dəqiqədə Coffrey Kondoqbia, 53-cü dəqiqədə Dimitar Berbatov və 90+4-cü dəqiqədə Yannik Ferreyranın qolu sayəsində 1:3 hesabı ilə qalib gəlib. “Arsenal”ın yeganə topunu 90+1-ci dəqiqədə Aleks Oksleyd-Çemberlen vurub.
Digər görüş Almaniyada baş tutub. “Bayer” Madrid “Atletiko”sunu qəbul. Matçın 57-ci dəqiqəsində Hakan Çalhanoğlunun tək topu “Bayer”ə qələbə qazandırıb.
Çempionlar Liqası
1/8 final
25 fevral
“Arsenal” (İngiltərə) – “Monako” (Fransa) - 1:3
Qollar: Oksleyd-Çemberlen, 90+1 - Kondoqbia, 38, Berbatov, 53, Ferreyra, 90+4
“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:0
Qol: Çalhanoğlu, 57
E.Ə.
www.oxu.az