Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çempionlar Liqasında turun matçları - TƏQVİM
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarının oyunları olacaq.
Günün mərkəzi qarşılaşması İngiltərənin Mançester şəhərinin “Old Traford” stadionunda baş tutacaq. İtkisiz irəliləyən “Yuventus” bu dəfə səfərdə “Mançester Yunayted” səddini aşmağa çalışacaq.
Bu matçı maraqlı edən cəhət hər iki klubun sabiq oyunçularının üz-üzə gəlməsidir. Fransalı Pol Poqba və portuqaliyalı Kriştianu Ronaldu sabiq klublarına qarşı oynayacaqlar. Üstəgəl, Ronaldu “Real”da oynadığı zaman münasibətləri heç də yaxşı olmayan sabiq baş məşqçisi, həmyerlisi Juze Mourinyu ilə üz-üzə gəlməli olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
E qrupu
20:55 AEK (Yunanıstan) – “Bayern” (Almaniya)
23:00 “Ayaks” (Hollandiya) – “Benfika” (Portuqaliya)
1. “Ayaks” 4
2. “Bayern” 4
3. “Benfika” 3
4. AEK 0
F qrupu
23:00 “Hofenhaym” (Almaniya) – “Lion” (Fransa)
23:00 “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)
1. “Lion” 4
2. “Mançester Siti” 3
3. “Şaxtyor” 2
4. “Hofenhaym” 1
G qrupu
23:00 “Roma” (İtaliya) – ÇSKA (Rusiya)
23:00 “Real” (İspaniya) – “Viktoriya” (Çexiya)
1. ÇSKA 4
2. “Real” 3
3. “Roma” 3
4. “Viktoriya” 1
H qrupu
20:55 “Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya)
23:00 “Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya)
1. “Yuventus” 6
2. “Mançester Yunayted” 4
3. “Valensiya” 1
4. “Yanq Boyz” 0
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər