Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.
Oxu.Az-ın məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.
Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Real”ın heyətində Kriştyanu Ronaldu dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub.
Günün digər matçında “Portu” və “Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan “Liverpul” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
A.M.
www.oxu.az