Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Danışılmış oyuna görə Azərbaycandan qovulmuş futbolçu Bakı klubunda
“Səbail” PFK daha bir legioner futbolçunu heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu nigeriyalı Oke Akpoveta ilə mayın 31-dək müqavilə imzalayıb.
27 yaşlı nigeriyalı hücumçu 2009-2011-ci illərdə Nigeriyanın “Vari Vulvz” klubunda çıxış etdikdən sonra 2011-ci ildə Danimarkanın məşhur klublarından olan “Bronbü” ilə dörd illik müqavilə bağlayıb. Lakin qol vura bilmədiyi üçün 2014-cü ilin yanvarın 6-da müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
Elə həmin ay vaxtı ilə Azərbaycan Premyer Liqasında çıxış etmiş, türkiyəli məşhur məşqçi Güvənç Kurtarın çalışdırdığı Bakının “Rəvan” klubu onunla 18 aylıq müqavilə bağlayıb.
Çempionatımızda 11 oyuna cəmi bir qol vurmuş futbolçu 2014-cü ilin aprelin 24-də ölkə kubokunun yarımfinal mərhələsinin “Bayıl Arena”da keçirilən cavab matçında (1:3) hücumlara çıxmamaqda suçlanmış və həmin ay bileti alınaraq yaşadığı Danimarkaya göndərilmişdi. Bununla da onun müqaviləsi pozulmuşdu.
Həmin vaxt aylıq qazancı 7500 dollar olmuş Akvotenın həmin ərəfədə 35 min dolları əlində tutaraq sosial şəbəkədə nümayiş etdirməsi birmənalı qarşılanmamışdı.
Ümumiyyətlə, Güvənç Kurtar sonradan Azərbaycan mətbuatına verdiyi müsahibədə bir neçə oyunçusunun pulla alındığını bildirməklə onların arasında Akpovetanın da olduğunu bildirməyə çalışmışdı.
Uğursuz Azərbaycan karyerasının ardından Akpoveta Danimarkanın I divizion klubları – “Brönshöy” və “Lünqbü”də çıxış edib, 2016-cı ilin yanvarında İsveçin “Frey” klubuna icarəyə verilib. O burda 13 oyuna 12 qol vurmaqla karyerasının ən yaxşı performansını göstərib.
Belədə İsveçin digər I divizion klubları “Dalkörd”, “Helsinqbory” və “Eskilstüna” klublarında çıxış edib. Növbəti mövsümdən İsveç elitasında çıxış edəcək sonuncu klub 22 oyuna üç qol vurmasına baxmayaraq, onu komandadan uzaqlaşdırıb.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?