Futbol üzrə dünya çempionatının finalından sonra mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın həlledici görüşündə Argentina millisini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya yığmasının futbolçuları qızıl medallarla təltif olunublar.
Turnirin gümüş medalları isə finalda məğlub olan Argentina millisinin üzvlərinə təqdim edilib.
Mükafatlandırma mərasimində medalları ABŞ Prezidenti Donald Tramp, FIFA prezidenti Canni İnfantino, Kanadanın Baş naziri Mark Karni, Meksika Prezidenti Klaudiya Şeynbaum və digər rəsmi şəxslər təqdim ediblər.
Dünya çempionatının fərdi mükafatları üzrə də qaliblər müəyyənləşib. İspaniya millisinin yarımmüdafiəçisi Rodri turnirin ən yaxşı futbolçusu seçilərək "Qızıl top" mükafatına layiq görülüb.
İspaniya yığmasının qapıçısı Unai Simon mundialın ən yaxşı qapıçısı adına sahib çıxıb. Komandanın müdafiəçisi Pau Kubarsi isə dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.
