Dünyaca məşhur rep ifaçısı Dreyk 2026-cı il FIFA Dünya Kubokunun final oyunu üçün etdiyi böyük mərcdən qazanc əldə edə bilməyib.
Oxu.Az xəbər verir ki, Dreyk Argentina millisinin İspaniyaya qarşı final qarşılaşmasında qalib gələcəyinə 1.5 milyon dollar mərc etmişdi.
Lakin Argentina yığması həlledici görüşdə məğlub olaraq dünya çempionluğu şansını itirib. Bununla da məşhur reperin mərc kuponu da uduzub.
Qeyd edək ki, Dreyk daha əvvəl də dünya çempionatının finalında Argentina millisinə mərc etmişdi. 2022-ci ildə keçirilən finalda da argentinalıların qələbəsinə pul qoyan reper əsas vaxtın heç-heçə başa çatması və penaltilər seriyasında nəticənin müəyyənləşməsi səbəbindən mərcini itirmişdi.
Dreykin mərc etdiyi komandaların və idmançıların tez-tez məğlub olması azarkeşlər arasında "Dreyk lənəti" adı ilə məşhurlaşıb. Bu dəfə də sosial şəbəkələrdə reperin mərcinin nəticəsi geniş müzakirə olunub.