Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.
Oxu.Az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında dörd kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.
61 kq Təsnifat. Pərviz İbrahimov – Skot Şiler (Kanada)
74 kq 1/16 final. Əbubəkr Abakarov – Hanok Raşamin (İsrail)
86 kq 1/16 final. Murad Süleymanov – Quma Bəşir (Sudan)
125 kq Təsnifat. Camaləddin Məhəmmədov – Nik Matyuxin (Almaniya)
Qeyd edək ki, görüşlər sabah Bakı vaxtı ilə saat 12.30-da start götürəcək.
Səbuhi MUSAYEV
www.oxu.az