Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.
Matçın əsas vaxtında hesab açılmayıb.
Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.
Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.
Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
Daha çox foto burada: PhotoStock.az
Bu gün minifutbol üzrə dünya çempionatında finala yüksələn komandalar bəlli olacaq.
Oxu.Az xəbər verir ki, İngiltərə millisini dörddəbir final mərhələsində 2:1 hesabı ilə məğlub edən seçmə komandamız yarımfinalda Monteneqro millisi ilə üz-üzə gələcək.
Digər görüşdə isə Macarıstan millisi Serbiya ilə qarşılaşacaq.
30 may
Dünya çempionatı
Yarımfinal mərhələsi
Azərbaycan - Monteneqro;
Macarıstan - Serbiya.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Anar Həsənov