Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, "Mercedes" komandasının pilotu Corc Rassell ən yaxşı nəticə göstərərək sessiyanı birinci pillədə tamamlayıb.
Onun komanda yoldaşı Kimi Antonelli ikinci, "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü olub.
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşünə start verilib.
Oxu.Az xəbər verir ki, sessiya saat 16:00-da başlayıb və 17:00-da başa çatacaq.
Sərbəst yürüşdə hər biri iki pilotla təmsil olunan 11 komanda iştirak edir.
Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrələr vuracaqlar.
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.
"Red Bull" pilotu Maks Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü olub.
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşünə start verilib.
Oxu.Az xəbər verir ki, ilk sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq.
Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Qeyd edək ki, bu gün əsas pilotların ikinci sərbəst yürüşü də keçiriləcək.
Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.