Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başlayıb.
Oxu.Az xəbər verir ki, üçüncü sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq.
Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Qeyd edək ki, bu gün saat 16:00-da əsas pilotların sıralama turu da keçiriləcək.
Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.