"Formula-2" sprint yarışının qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, sprintin qalibi "Hitech TGR" komandasının pilotu Dino Beqanoviç olub.
İkinci yeri onun komanda yoldaşı Lyuk Brauninq tutub. Üçüncü yerdə isə "Rodin Motorsport" komandasının üzvü Aleksandr Dann qərarlaşıb.
"Formula-2" sprint yarışının startında yaşanan qəzadan sonra davam edir.
Oxu.Az xəbər verir ki, "Safety car" treki tərk edərək sürücülərə sprintə davam etməyə imkan verib.
Qeyd edək ki, qəza nəticəsində meksikalı sürücü Rafael Villaqomes ("Van Amersfoort racing") və alman sürücü ("MP Motorsport") Oliver Götenin bolidləri toqquşub. Beləliklə, onlar yarışı davam etdirə bilməyiblər.
Onlarla yanaşı, uğursuz start sonrası "Campos racing" komandasının üzvü Cozep Maria Marti, "Dams Lucas Oil"un pilotu Kuş Maini və "Trident" komandasının üzvü Martinius Stenshorn da yarışla erkən vidalaşmalı olublar.
Daha çox foto burada: PhotoStock.az
"Formula-2" kateqoriyasında sprint yarışı başlar-başlamaz qəza baş verib.
Oxu.Az xəbər verir ki, bir neçə bolidin toqquşması nəticəsində yarış sarı bayraqla dayandırılıb.
Hazırda zədələnmiş bolidlərin trekdən kənarlaşdırılması üçün tədbirlər görülür.



Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" kateqoriyasında sprint yarışına start verilib.
Oxu.Az xəbər verir ki, 45 dəqiqə davam edəcək yarışın qalibi öz xal ehtiyatını artırmış olacaq. Belə ki, sprintin qalibi 10 xal qazanacaq.
Fərid Novruzov