Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransa futbolunda ŞOK qərar: "Lion" Liqa 2-yə düşürüldü
Fransanın "Lion" futbol klubu maliyyə hesabatlılığında yol verdiyi pozuntular səbəbilə Liqa 2-yə düşürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, "Lion" maliyyə zəmanətləri təqdim edə bilməyib, həmçinin klubun mövcud borcları var.
Qeyd olunur ki, "Lion" bu qərardan apellyasiya şikayəti verə bilər.
Xatırladaq ki, klub ötən mövsüm Liqa 1-də altıncı yeri tutaraq UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.
"Lion FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar