Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirdə Azərbaycan gimnastları yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini arxada qoymağı bacarıblar.
Oxu.Az məlumat verir ki, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ən güclü 9-10 yaşlı batutçular müəyyənləşib.
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi olan Ammar Baxşəliyev istər yarımfinalda, istərsə də final çıxışlarında öz rəqibləri arasında üstünlük əldə etməyi bacarıb.
Finalda erməni rəqibindən də üstün olan gimnastımız I yerə layiq görülüb.
Rəylər