Dortmundun “Borusiya” klubunun hücumçusu Erlinq Holanın atası və agenti İspaniyanın “Barselona” və “Real” komandaları ilə danışıqlar aparmaq üçün Pireney ölkəsinə gəlib.
Bu barədə jurnalist Fabrisio Romano “Tvitter” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Holanın təmsilçiləri “Barsa” prezidenti Xuan Laporta ilə görüşüb. Daha sonra isə “Real”la danışıqlar üçün Madridə yola düşüblər.
Yayılan məlumatlara əsasən, kataloniyalılar norveçlini transfer etmək üçün kredit götürməyə belə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, Almaniya klubu Erlinq Holanın transferi üçün 180 milyon avro tələb edir.
Confirmed. Mino Raiola is in Madrid *right now* after leaving Barcelona on a private flight. There is also the Haaland’s father with him.
— Fabrizio Romano (@FabrizioRomano) April 1, 2021
After meeting with Barcelona president Laporta, Raiola will talk today also with Real Madrid about Haaland deal. ⚪️ #Haaland #RealMadrid