"İnter Mayami" 38 yaşlı hücumçu Luis Suareslə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ klubunun Mətbuat Xidməti yayıb.
Məlumata əsasən, uruqvaylı forvardla yeni müqavilə 2026-cı il mövsümünün sonuna qədər imzalanıb.
Qeyd edək ki, Suares "İnter Mayami"də keçirdiyi 87 oyunda 42 qol vurub və 29 məhsuldar ötürmə verib.