İngiltərə Premyer Liqasında XXVII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Kristal Pelas”a qalib gəlib - 1:0.
Matçda yeganə qolu 78-ci dəqiqədə penaltidən Erlinq Holann vurub.
Qələbə sayəsində xalını 61-ə çatdıran “şəhərlilər” lider “Arsenal”dan 2 xal geri qalır.
Bir oyun az keçirən London klubu sabah “Fulhem”lə üz-üzə gələcək.