UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutub.
Günün mərkəzi oyunu A Liqasının III qrupunda İspaniya və Xorvatiya milliləri arasında keçirilib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qalib komandanın heyətində Lamin Yamal (2 və 63-cü dəqiqələr), Mark Pubil (31) və Niko Uilyams (89) fərqləniblər. Xorvatların təsəlli qoluna isə Dion Belye (28) imza atıb.
Bu nəticə ilə İspaniya qrupda keçirdiyi iki oyunda maksimum xal toplayıb - 6. Xorvatiyanın hesabında isə 3 xal var.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, III qrup
B Liqası, I qrup
Şotlandiya - İsveçrə - 0:3;
Sloveniya - Şimali Makedoniya - 2:0.
C Liqası, I qrup
Finlandiya - Belarus - 0:0;
San-Marino - Albaniya - 0:3.
C Liqası, III qrup
Moldova - Farer adaları - 1:1;
Slovakiya - Qazaxıstan - 2:1.
C Liqası, IV qrup
Bolqarıstan - Estoniya - 0:0;
Lüksemburq - İslandiya - 0:3.