UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Çexiya millisi doğma meydanda İngiltərə yığmasını qəbul edib.
Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda Praqa şəhərində keçirilən matçda ev sahibləri məğlubiyyətə uğrayıblar - 0:2.
İngilislərin qələbə qollarının müəllifləri Entoni Qordon (47-ci dəqiqə) və Harri Keyn (69) olublar. Qeyd edək ki, Pavel Şults 25-ci dəqiqədə qırmızı vərəqə alaraq Çexiya millisini azlıqda qoyub.
Qrupdakı iki oyundan sonra İngiltərə millisinin 3 xalı var, Çexiya millisi isə hələ də xal toplaya bilməyib.