İspaniyanın "Vilyareal" klubunun prezidenti Fernando Roiq klubun ev oyunlarını keçirdiyi stadion da daxil olmaqla, təmir işləri zamanı sənədlərin saxtalaşdırılması ilə bağlı iki cinayətə görə digər on nəfərlə birlikdə 11 ay 28 gün müddətinə həbs cəzasına məhkum edilib.
Bildirilib ki, vergidən yayınmaq üçün 2004 və 2005-ci illərdə sənədlərdə işlərin dəyəri barədə yanlış məlumatlar verilib. Məhkəmənin qərarında qeyd olunub ki, 525 440 avro məbləğində dələduzluq sübuta yetirilib.
"Vilyareal" Futbol Klubu hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.
"Vilyarreal" İspaniya La Liqasının 2023/2024 mövsümünü turnir cədvəlinin səkkizinci pilləsində başa vurmuşdu.
Mənbə: Championat.com
Rəylər