İtaliya A Seriyasında çıxış edən bəzi klublar “Yuventus”, “Milan” və “İnter”i Avropa Superliqasına qoşulmaq istəməsini əsas gətirərək onların ölkə çempionatdan kənarlaşdırılmasını təklif edib.
“La Repubblica” nəşri xəbər verir ki, təklif A Seriyasında çıxış edən klublarının dünən keçirilən təcili iclasında “Atalanta”, “Verona” və “Kalyari” rəhbərliyi tərəfindən səsləndirilib.
Avropa Superliqasına oynamaq niyyətində olan klublar isə, İtaliyadakı turnirləri tərk etmək niyyətində olmadıqlarını bildiriblər.
Qeyd edək ki, İtaliya A seriyasında turnir cədvəlinə 75 xalla “İnter” başçılıq edir.
İkinci pillədə 66 xalla “Milan” qərarlaşıb. Milanın ən yaxın izləyicisi “Atalanta”nın 65 xalı var.