Gəncənin "Kəpəz" komandası Azərbaycan Premyer Liqasının II turunda "Zirə"ni qəbul edəcəyi stadionu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib.
Onun sözlərinə görə, oyun Tovuz şəhər stadionunda təşkil olunacaq. Avqustun 20-də keçiriləcək qarşılaşmanın başlama saatı hələlik açıqlanmır.
Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionunun ot örtüyünün təmiri ilə əlaqədar ilk dövrədə rəqiblərini öz meydanında qəbul edə bilməyəcək.